Navara ilə heç-heçə

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində altı qrossmeysterin iştirakı ilə keçirilən ənənəvi beynəlxalq turnirin ikinci turunda qara fiqurlarla çexiyalı David Navaraya qarşı oynamışdır. Görüş 45-ci gedişdə  heç-heçə nəticələnmişdir.

Turun digər iki oyununda Maqnus Karlsen (Norveç) Maksim Vaşye –Laqrava (Fransa) qalib  gəlmiş, rusiyalı Pyotr Svidler isə isveçrəli Niko  Georgiadisi məğlubiyyətə uğratmışdır.

İki turdan sonra turnir cədvəlinə başçılıq edən Karlsenin 2 xalı var. Məmmədyarovla Svidler 1,5, Vaşye – Laqrav ilə Navara 0,5 xal  toplamışlar, Georgiadis isə  hər iki oyunda  uduzmuşdur.

Bu gün  keçirilən üçüncü turda Azərbaycan şahmatçısı ağ fiqurlarla Vaşye - Laqrava qarşı oynayacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında