Karlsen, Məmmədyarov, Vaşye-Laqrav...

Bu gün İsveçrənin Bil şəhərində mötəbər beynəlxalq şahmat turnirinə start veriləcək. Avqustun 1-dək davam edəcək turnirin mükafatları uğrunda altı qrossmeyster mübarizə aparacaq.
 
Reytinqə görə iştirakçıların siyahısına dünya çempionu Maqnus Karlsen (Norveç, 2842) başçılıq edir. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2801) siyahıda ikinci, fransız Maksim Vaşye-Laqrav (2779) üçüncüdür. 
Turnirdə bu üçlüklə yanaşı Pyotr Svidler (Rusiya, 2753), David Navara (Çexiya, 2741) və Niko Georgiadis (İsveçrə, 2526) çıxış edəcəklər.
Bu arada Rusiyanın kişilərdən ibarət milli komandasının baş məşqçisi, Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov sentyabrın 23-dən oktyabrın 6-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək komandanın heyətini açıqlamışdır.
Rusiya Şahmat Federasiyasının saytında qeyd olunduğu kimi, komanda Olimpiadanın medalları uğrunda Vladimir Kramnik, Sergey Karyakin, Yan Nepomnyaşi, Dmitri Yakovenko və Nikita Vityuqovdan ibarət heyətlə mübarizə aparacaq.
Xatırladaq ki,42-ci Ümumdünya Şahmat Olimpiadası 2016-cı ildə Bakıda təşkil olunmuşdu.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında