“Qarabağ” yoluna davam edəcək

UEFA Çempionlar Liqası turnirinin birinci təsnifat mərhələsinin sınaqları artıq arxada qalmışdır. Azərbaycanın “Qarabağ” komandası ikinci mərhələdə yoluna davam edəcək.
 
Ölkə çempionumuz turnirin startında iki oyunun yekununda Sloveniyanın Lyublyana şəhərinin “Olimpiya” komandasından güclü olmuşdur. Turnirə rəqib meydanında qələbə ilə başlayan (1:0) Ağdam komandası Tofiq Bəhramov adına Respublika Stadionunda cavab görüşündə heç-heçə sayəsində (0:0) həmin üstünlüyü qoruyub saxlamış və ikinci mərhələyə vəsiqə qazanmışdır.
Bu mərhələdə Qurban Qurbanovun komandası Albaniyanın “Kukesi” klubu ilə görüşəcək. İlk oyun iyulun 25-də Albaniyada, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.
 
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında