Dünyanın ən zəngin idman klubları

“Forbes” dünyanın ən zəngin idman klublarının siyahısını dərc edib. 
 
Siyahıda ilk yeri dəyəri 4,8 milyard dollar olan “Dallas Kovboys” klubu tutub. Eyni zamanda ABŞ təmsilçisinin dəyərinin keçən illə müqayisədə 14 faiz bahalaşdığı da qeyd edilib. 
Reytinq cədvəlində ikinci yerdə 4,1 milyard dollar büdcəyə malik olan İngiltərənin “Mançester Yunayted” klubu qərarlaşıb. Daha sonrakı yerlərdə isə müvafiq olaraq, “Real Madrid” (4,09 milyard) və “Barselona” (4,06 milyard) yer alıb. 
Onu da qeyd edək ki, “Forbes”in hazırladığı reytinqdəki ən zəngin 50 idman klubunun 29-u ABŞ Milli Futbol Liqasının üzvüdür. Avropadan bu siyahıya 7 futbol klubu (“Mançester Yunayted”, “Real”, “Barselona”, “Bavariya”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”) düşə bilib.
 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında