UEFA prezidenti: Rusiya dünya çempionatını qəbul etmək vəzifəsinin öhdəsindən məharətlə gəldi

RİA “Novosti” agentliyinin yaydığı xəbərə görə, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferinin fikrincə, Rusiya və onun sakinləri planetin ən böyük idman tədbirlərindən biri – futbol üzrə dünya çempionatını qəbul etmək vəzifəsinin öhdəsindən məharətlə gəlmişlər.
 
UEFA-nın saytında Çeferinin bu sözləri diqqətə ­çatdırılmışdır: “Rusiyada unudulmaz dünya çempionatı – 2018 başa çatdı. Bütün Avropa  futbolu bu çox uğurlu turniri böyük fəxarətlə xatırlaya bilər. Parlaq matçlar, əla qollar və gözəl fərdi oyun gördüyümüz dünya çempionatına görə Rusiyaya minnətdarıq. Ölkə və onun sakinləri dünyada ən böyük idman tədbirlərindən birini qəbul etmək vəzifəsinin öhdəsindən məharətlə gəldilər”.
Daha sonra UEFA prezidenti əlavə etmişdir ki, azarkeşlər və çempionatın qonaqları öz evlərinə Rusiyada keçirdikləri günlər haqqında uzun illər ərzində unutmayacaqları xoş xatirələrlə qayıdırlar.
A.Çeferin hesab edir ki, turnir, həmçinin müxtəlif ölkələrin cəmiyyətlərini birləşdirdi və futbolun sosial gücünü nümayiş etdirdi. 
“Yığma komandalar səviyyəsində futbol milli qürurun və identikliyin çox mühüm mənbəyidir. Dünya çempionatı bir daha göstərdi ki, milli komandalar səviyəsində futbol idman aləmində çox mühüm yer tutur”.
Xatırladaq ki, Rusiya tarixdə ilk dəfə futbol üzrə dünya çempionatının təşkilatçısı olmuşdur. Turnir iyunun 14-dən iyulun 15-dək on bir şəhərdə: Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Yekaterinburq və Soçidə keçirilmişdir. Çempionatın medalları isə Avropa ölkələrinə – Fransa, ­Xorvatiya və Belçikaya aparılmışdır.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında