Luka Modriçin şərəfinə

Valideynləri Peruda yeni  doğulmuş  uşağa Xorvatiyanın futbol üzrə yığma komandasının lideri və kapitanı Luka Modriçin  şərəfinə  onun  adını  vermişlər.

RİA “Novosti”nin “Nasional” portalına  istinadla  yaydığı  xəbərə  görə, körpə  iyulun 12-də Kaxamarka  regionunun  Xaen şəhərində  anadan olub. Byndan  bir  gün əvvəl  isə Xorvatiya  komandası Rusiyada  keçirilən dünya çempionatında ingilislərə  qalib gələrək  finala  çıxıb.

Dünya  birinciliyinin finalında  xorvatlar Fransa  komandasına 2:4  hesabı  ilə  uduzmuşlar, Modriç isə  turnirin  ən yaxşı oyunçusu  hesab edilmişdir.

Ümumiyyətlə, Peru sakinləri  yeni  doğulmuş  uşaqlarına  məşhur  idmançıların  adlarını  verməyi  xoşlayırlar. Bu  ölkənin  vətəndaşlıq qeydiyyatı  orqanlarının  məlumatına  görə, Peruda 870 Kriştianu Ronaldu, 232 Lionel Messi, 23 Antuan Qrizmann, 4 Toni Kroos və 3 Neymar  yaşayır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında