Azərbaycan cüdoçularının növbəti medalları

Ötən hər gün bizi sentyabrın üçüncü ongünlüyündə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına yaxınlaşdırır. Bu günlər bir çox ölkədə tatami ustalarının qarşıdakı mötəbər yarışına hazırlığın qızğın çağıdır.
 
Yaxşı ənənələri olan və son illər çətin sınaqlardan şərəflə çıxmış, sıralarında məşhur çempionlar yetişmiş Azərbaycan cüdoçuları da doğma şəhərdə keçiriləcək çempionata səylə hazırlaşırlar.
Cüdoçularımızın bir qrupu ötən həftənin son günlərində Almaniyanın Saarbrüken şəhərində keçirilmiş açıq Avropa Kuboku yarışında starta çıxmış və onlardan altı nəfəri medal qazanaraq məşqçilərinin ümidini doğrultmuşdur.
Təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Uşanqi Kokauri (+100 kq) nail olmuşlar. Hər iki cüdoçu turnirdə bütün rəqiblərindən yaxşı hazırlıq nümayiş etdirərək qızıl medal qazanmışdır.
Şahin Qəhrəmanov da 100 kq-dan yuxarı çəki dərəcəsində inamla çıxış edərək ikinci yeri tutmuş və gümüş mükafatçı olmuşdur.
Azərbaycanın üç cüdoçusu turnirdə çıxışlarını bürüc medalla başa vurmuşdur. Vüqar Şirinli və Kəramət Hüseynov (hər ikisi 60 kq), Telman Vəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişlər.
Başlıcası isə Azərbaycan cüdoçularının Almaniyada Avropa Kuboku turnirində uğurlu çıxışları payızda paytaxtımızda keçiriləcək dünya çempionatı qarşısında onların qüvvə və bacarıqlarına inamı daha da artırır.
Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında