Təkcə “Neftçi” alqış qazandı

İyulun 12-də UEFA Avropa Liqası turnirində mübarizəyə qoşulan Azərbaycanın üç klubundan təkcə “Neftçi” birinci təsnifat mərhələsinin ilk sınağından şərəflə çıxdı və iki oyunun yekununda mərhələ adlaya biləcəyinə pərəstişkarlarında möhkəm inam yaratdı.
 
Hərçənd “Dalğa Arena”da Macarıstanın “Uypeşt” komandası ilə görüş bakılılar üçün heç də yaxşı başlamamış, qonaqlar artıq 9-cu dəqiqədə hesabda irəli çıxmışdılar.
Xoşbəxtlikdən, belə başlanğıc “Neftçi”ni ruhdan salmadı, komanda böyük əzmkarlıq nümayiş etdirib macarların erkən qoluna Baqali Dabonun iki dəqiq zərbəsi və son dəqiqələrdə Emin Mahmudovun ümidləri daha da artıran üçüncü topu ilə cavab verdi – 3:1.
Macarıstan paytaxtında keçiriləcək cavab görüşünə yaxşı əhval-ruhiyyə ilə yola düşmək üçün layiqli qələbədir. 
Təəssüf ki, həmin axşam pərəstişkarlarının alqışlarını qazanan “Neftçi”dən fərqli olaraq, “Qəbələ” və “Keşlə” ümidləri doğrultmadılar. “Qəbələ” klubunun doğma şəhərdə Lüksemburqun “Proqres” komandasına iki cavabsız qolla uduzacağını (0:2), “Keşlə”nin isə Maltada “Baltsan”a daha böyük fərqlə məğlub olacağını (1:4) düşünməsək də, məhz belə oldu. Amma vəziyyət hələ tam ümidsiz deyil, hərçənd uğursuzluqların əvəzini artıqlaması ilə çıxmaq üçün “Qəbələ” Lüksemburqda, “Keşlə” isə Bakıda əsl idman hünəri göstərməlidir.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında