Xorvatiya əzmkarlığı, mundial finalı

Beləliklə, hər şey aydındır–futbol üzrə 21-ci dünya çempionatının qızıl medallarının sevincini ya Fransa yaşayacaq, ya da Xorvatiya. 
 
Bir aydır ki, davam edən ağır mübarizədə baş rolları məhz bu iki komanda oynamışdır. İndi isə onlar finalda bir-birinə rəqib olub mundialın qəhrəmanlarını müəyyənləşdirəcəklər.
Lakin finalın kimin üzünə güləcəyindən, Dünya Kubokunu kimin öpüb başı üzərinə qaldıracağından asılı olmayaraq, hər iki finalçı ən yüksək qiymətə layiqdir.
Xorvatiya futbolçularının İngiltərə ilə yarımfinal görüşündə göstərdikləri əzmkarlıq və fədakarlıq mükafatsız qalmadı. İngilislər Kiran Trippyerin erkən qolu sayəsində ikinci hissənin ortalarınadək hesabda irəli olmalarına baxmayaraq, Xorvatiya futbolçuları cavab topu vurmaq (İvan Perişiç), yarım saatlıq əlavə vaxtda isə Mario Mancukiçin dəqiq zərbəsi ilə matçın taleyini həll etmək üçün (2:1) özlərində qüvvə tapmağı bacardılar.
Nəticədə türkiyəli hakim Cüneyt Çakırın final işarəsi bir gün əvvəl birinci yarımfinalda Belçikanı məğlubiyyətə uğradan (1:0) Fransanın finalda Xorvatiya ilə oynayacağını bildirdi.
Final görüşü iyulun 15-də Moskvanın “Lujniki” stadionunda keçiriləcəkdir. Bundan bir gün əvvəl isə Belçika və İngiltərə futbolçuları Sankt-Peterburqda üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında