Lyublyanada “Qarabağ”ın xeyrinə

Ağdamın “Qarabağ” komandası və Azərbaycanın bütün futbol ictimaiyyəti əla əhval-ruhiyyədədir. Ölkə çempionumuz UEFA Çempionlar Liqasında növbəti turnirə qələbə ilə başlamışdır. Üstəlik də səfərdə.
 
Azərbaycan klub futbolunun lideri, ötən mövsümdə Çempionlar Liqası meydanında qrup mərhələsində oynamaqla tarix yazmış “Qarabağ” indi birinci təsnifat mərhələsinin ilk görüşündə Sloveniyanın Lyublyana şəhərinin “Stojitse” stadionunda yerli “Olimpiya” komandasını  Vild-Donald Geryenin 79-cu dəqiqə qolu ilə məğlubiyyətlə barışmağa məcbur edib (1:0) startda çox mühüm addım atmışdır.
Bu isə o deməkdir ki, Azərbaycan çempionu iyulun 18-də Bakıda keçirəcəyi cavab görüşündən sonra iki oyunun yekununda ikinci mərhələyə vəsiqə qazanmaq üçün özünə yaxşı zəmin yaratmışdır.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında