İlk finalçı kim olacaq?

Dünya çempionatı – 2018-in ilk finalçısı kim olacaq? Futbol pərəstişkarları onları çox maraqlandıran suala artıq bu axşam cavab alacaqlar.
 
Mundialın ilk yarımfinal görüşündə Fransa və Belçika komandaları qarşılaşacaqlar. Oyun “Sankt-Peterburq Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 22-də başlanacaq.
İkinci yarımfinal matçı isə sabah Moskvanın “Lujniki” stadionunda keçiriləcək. Bu oyunda finala vəsiqə uğrunda İngiltərə və Xorvatiya komandaları mübarizə aparacaqlar. 
Dünya çempionatında ən çox top vurmuş futbolçuların siyahısına əvvəlkitək İngiltərə millisinin üzvü, 6 qolun müəllifi Harri Keyn başçılıq edir. Kriştianu Ronaldu (Portuqaliya), Romelu Lukaku (Belçika) və Denis Çerışev (Rusiya) 4 top vurmuşlar.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında