Fernando Alonso Mixael Şumaxerin iki rekordunu təzələyib

Fernando Alonso Avstriya Qran-Prisində əvvəllər Mixael Şumaxerə məxsus olan iki mütləq rekordu yeniləyib. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, hər iki rekord yürüşün nəticələrindən çox “Formula 1” yarışlarında çıxışların davamlılığı ilə bağlıdır.

Avstriya Qran-Prisində bütün məsafəni qət edən F.Alonso karyerası ərzində keçdiyi məsafəyə görə birinci yerə çıxıb. Mixael Şumaxer çıxış etdiyi illər ərzində 81,208 kilometr məsafə qət etdiyi halda, F.Alonso 81.394 kilometrə imza atıb. Bununla belə, ispan pilot Qran-Pri yarışlarının sayına görə alman həmkarından geri qalır: o, “Formula 1” yarışlarında 300 dəfə, M.Şumaxer isə 306 dəfə start götürüb.

İkinci rekord pilotun karyerasındakı finişlərin sayı ilə bağlıdır. M.Şumaxer Qran-Pri yarışlarında 237 dəfə finişə çatıb. Avstriya finişi isə F.Alonso üçün 238-ci olub.

Elçin  ABBASOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında