Avrokubok oyunlarında dördüncü əvəzetmə mümkün olacaq

Beynəlxalq Futbol Federasiyaları Şurası (UEFA)  futbol klublarının Çempionlar Liqasında və Avropa Liqasında əlavə vaxtda dördüncü əvəzetməsinə icazə verib.Bu barədə “UEFA.com”  saytı məlumat yayıb.

Bildirilir ki, UEFA himayəsi altında keçirilən turnirlər üçün əvəzedici saylara dair yeni qaydalar qəbul edib. Bu qaydalar 2018-2019-cu il mövsümündən qüvvəyə minib.

Qeyd edək ki, 2018-ci ilin may ayında UEFA dördüncü əvəzetmə tətbiqini təsdiqləmişdi. Daha əvvəl isə bu təcrübə İngiltərə və Almaniya kubok oyunlarında sınaqdan keçirilmişdi.

Məlumat üçün deyək ki, artıq  Konfederasiyalar Kubokunun yarımfinalında baş tutmuş Portuqaliya - Çili matçının 116-cı dəqiqəsində Andre Qomeş Jelson Martinsin əvəzinə meydana daxil olub. Dünya çempionatları tarixində isə Rusiya yığması ilk dəfə bu təcrübədən yararlanıb. DÇ-2018-in 1/8 finalında İspaniya ilə matçın 97-ci dəqiqəsində Daler Kuzyayevin əvəzinə Aleksandr Yeroxin meydana  çıxıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında