Məhəmməd Salah “Liverpul”da qalacaq

İngiltərənin “Liverpul” klubu misirli futbolçusu Məhəmməd Salahla yeni müqavilə bağlayıb. Bu barədə “Futbolhd.ru” saytı məlumat yayıb.
Mənbə qeyd edir ki, 26 yaşlı futbolçu daha beş il “Liverpul” klubunun şərəfini qoruyacaq. 
 
Yeri gəlmişkən, Salahın “Liverpul”da həftəlik məvacibi 100 min funt-sterlindən 200 min funt-sterlinqədək artıb. Beləliklə, misirli futbolçu “Liverpul” klubunun tarixində ən çox məvacib alan oyunçu olub. Bununla da, Məhəmməd Salah Premyer Liqada ən çox qazanan on futbolçu arasında səkkizinci yerdə qərarlaşıb. O, David De Xeya (“Mançester Yunayted”) və Eden Hazardı (“Çelsi”) qabaqlayır. Aldıqları məvaciblərə görə, Məhəmməd Salahı İngiltərə Premyer Liqasında Serxio Aquero “Mançester Siti” (220 min), Romelu Lukaku “Mançester Yunayted” (250 min), Kevin De Brüyne “Mançester Siti” (280 min), Pol Poqba “Mançester Yunayted” (290 min), Mesut Özil “Arsenal” (300 min), Hari Keyn “Tottenxem” (300 min) və Aleksis Sançes “Mançester Yunayted” 
(350 min) funt-sterlinqlə qabaqlayırlar.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında