“Real” Ronaldoya illik 30 milyon avro təklif edəcək

İspaniyanın “Real”  klubu komandanın ulduz futbolçusu Kriştianu Ronalduya yeni müqavilə təklif edəcək. Bu barədə “Sport.ru” məlumat yayıb.

Mənbə yazır ki,  33 yaşlı portuqaliyalı hücumçu yeni sözləşməyə əsasən, illik 30 milyon avro qazanacaq. 

Təcrübəli oyunçunun Madrid təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi mövcuddur. Mətbuatda İtaliyanın “Yuventus” klubunun Ronalduya illik 30 milyon avro və klubuna isə 120 - 150 milyon avro ödəməyə hazır olduğu barəd şayiələr yayılıb. 

Nəşrin məlumatına görə, "Real” öz lider oyunçusunu buraxmaq fikrində deyil və Turin təmsilçisi qədər əmək haqqı təklif edəcək. 

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildən "Real"da çıxış edir. O, komandası ilə birgə 4 dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun qalibi olub. Portuqaliya millisinin üzvü iki dəfə İspaniya çempionu olub. Ronaldu 2017-2018 mövsümündə bütün turnirlər daxil olmaqla, 44 oyunda 44 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında