Avropalılar Cənubi Amerika tandeminə qarşı

Çərşənbə axşamı səkkizdəbir finalın son iki görüşündə İsveç millisi Sankt-Peterburqda İsveçrə komandasına yeganə qolla qalib gəldikdən (1:0), İngiltərə isə Moskvada Kolumbiyanı penaltilər seriyası ilə dünya çempionatından kənarlaşdırdıqdan (əsas və əlavə vaxt–1:1, penaltilərlə 4:3) sonra mundial–2018-in medalları uğrunda mübarizəni davam etdirəcək “böyük səkkizliyin” tərkibi tam formalaşdı.
 
İndi meydanda ən yaxşı, deməli, həm də ən xoşbəxt səkkiz komanda qalmışdır: Avropa futbolu nümayəndələri Fransa, Belçika, Rusiya, Xorvatiya, İsveç, İngiltərə və Cənubi Amerikanın Braziliya–Uruqvay tandemi.
Səkkizdəbir finaldan sonra dünya çempionatı qısamüddətli istirahətə çıxmışdır. İndi dörddəbir final matçları starta hazırlaşır.
Bu mərhələyə iyulun 6-da Nijni Novqorodda Fransa–Uruqvay və Kazanda Braziliya–Belçika görüşləri ilə start veriləcək. Ertəsi gün isə Samarada İsveç–İngiltərə və Soçidə Rusiya–Xorvatiya matçları oynanılacaq.
Göründüyü kimi, 2018-ci il dünya çempionatının ən şirin oyunları hələ irəlidədir. Dörddəbir finala qədər irəliləməyi bacarmış komandaları yarımfinaldan cəmi bir oyun, bir qələbə ayırır.
Çempionatın arxada qalan hissəsində, 56 oyunda qapılara 146 top vurulmuşdur. Ən sərrast oyunçuların siyahısına 6 qolun müəllifi ingiltərəli Harri Keyn başçılıq edir.
Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında