Qrossmeysterin qələbələr seriyası

İsrailin Yerusəlim şəhərində keçirilən Q.Yafetin xatirəsinə həsr olunmuş açıq beynəlxalq turnirdə 70 şahmatçı, o cümlədən 16 qrossmeyster yarışır.

Onların arasında Azərbaycan milli komandasının üzvü Arkadi Naydiç də var. Reytinqə görə iştirakçıların siyahısına 2697 əmsala malik qrossmeysterimiz başçılıq edir.

Yeddi turdan ibarət turnir avqustun 7-də finişə çatacaq. Təmsilçimiz ilk üç görüşdə gürcüstanlı Melia Salome, İsrail şahmatçısı Aleksandr Zlatin və Anna Uşenina (Ukrayna) üzərində üç qələbə qazanaraq lider mövqeyinə yüksəlmişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında