Azərbaycan güləşçilərinin Zaqreb finalları

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında sərbəst güləş üzrə dünya çempionatının birinci günü yarış meydanına dəvət olunan Azərbaycanın beş idmançısının hamısı uğurla çıxış etmişdir.

Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərinə qalib gələrək finala çıxmış və ən azı gümüş medalları özlərinə təmin etmişlər.

Onların komanda yoldaşları Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) bürünc mükafatlar uğrunda mübarizə aparmaq hüququ qazanmışlar. Əbülfəz Nəsirov isə təsəlliverici görüşlərdə iştirak edəcək.

Azərbaycan Güləş Federasiyası mətbuat xidmətinin bu barədə məlumatında həmçinin bildirilir ki, final görüşləri bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20-də başlanacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında