“Lujniki”: Rusiya–İspaniya

Bu gün, iyulun 1-də futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi oyunları Moskva və Nijni-Novqorodda davam etdiriləcək.
Rusiya paytaxtının nəhəng “Lujniki” stadionunda mundial sahiblərinin komandası İspaniya millisi ilə üz-üzə gələcək. FİFA-nın mətbuat xidmətinin bildirdiyi kimi, saat 18-ə təyin edilmiş oyunu hollandiyalı hakim Byorn Keypers idarə edəcək.
Günün daha bir görüşünün qalibi isə Nijni-Novqorodda müəyyənləşəcək. Bu xoşbəxt komanda ya Xorvatiya, ya da Danimarka olacaq. Onların mübarizəsinə saat 22-də start veriləcək. Bu oyunda ədaləti Nestor Pitananın başçılığı ilə argentinalı hakimlər briqadası qoruyacaq.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında