İndi uduzan komanda çıxacaq

Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulmuş, 32 komandadan tən yarısı Rusiya ilə vidalaşmış, 16 xoşbəxt kollektiv isə mundialda yoluna davam etməyə hazırlaşır.
 
Səkkizdəbir final görüşləri artıq start ərəfəsindədir. Deməli, həyəcan da artır. Axı indi hər hansı oyunda uduzan komandanın vəziyyəti düzəltmək imkanı olmayacaq və onun təmsil etdiyi ölkə ümumdünya futbol bayramının həlledici mərhələlərindən kənarda qalacaq.
Pley-off mərhələsinə bu gün saat 18-də “Kazan Arena”da Fransa – Argentina görüşü ilə start veriləcək. Saat 22-də isə futbol pərəstişkarlarının diqqəti Soçidə keçiriləcək Uruqvay – Portuqaliya matçına yönələcək.
İyulun 1-dən 3-dək səkkizdəbir finalda həmçinin İspaniya – Rusiya, Xorvatiya – Danimarka, Braziliya – Meksika, Belçika – Yaponiya, İsveç – İsveçrə və Kolumbiya – İngiltərə matçları oynanılacaq. 
Onu da qeyd edək ki, statistiklərin hesablamalarına görə, qrup mərhələsində 48 oyunda 122 top vurulmuşdur. Ən sərrast futbolçuların siyahısına 5 qolla Harri Keyn (İngiltərə) başçılıq edir. “Bombardirlərin” siyahısında onun ən yaxın izləyiciləri portuqaliyalı Kriştianu Ronaldu və Belçika komandasının üzvü Romelu Lukaku hərəyə 4 qolun müəllifidirlər.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında