Çempion səlahiyyətini itirdi

Rusiya stadionlarında futbol üzrə 21-ci dünya çempionatının qrup mərhələsinin iyunun 27-də keçirilmiş növbəti dörd oyunu müəyyən dərəcədə gözlənilməz nəticələr və maraqlı məqamlarla yadda qalacaq.
 
Dünya çempionu Almaniya millisi “Kazan Arena”da Cənubi Koreya komandasına 0:2 hesabı ilə uduzaraq çempion səlahiyyətini çox tez itirdi, üstəlik də, “F” qrupunun turnir cədvəlində sonuncu yerdə qaldı. Halbuki mundial ərəfəsində əksər mütəxəssislər Almaniyanı yenə qələbəyə əsas namizədlər sırasında görürdülər.
Həmin qrupun Meksika–İsveç görüşünün də nəticəsini bir qədər gözlənilməz hesab etmək olar. Meksika futbolçuları ilk iki oyunda Almaniya və Cənubi Koreya komandaları üzərində qələbələrdən sonra Yekaterinburqda İsveç yığmasına böyük hesabla uduzdular (0:3). Amma, bu uğursuzluğa baxmayaraq, qrupdan səkkizdəbir finala vəsiqələri İsveçlə yanaşı Meksika qazandı.
Braziliya səkkizdəbir finalda yoluna davam etmək məqsədinə inamla çatdı. Beşqat dünya çempionları Serbiya komandası üzərində iki cavabsız qolla qələbə qazanaraq “E” qrupunun qalibi oldular, qrupdan pley-off mərhələsinə ikinci vəsiqəyə isə Kosta-Rikaya qarşı görüşdə heç-heçə ilə kifayətlənən (2:2) İsveçrə yığması sevindi.
Beləliklə, mundialda səkkizdəbir finalın 16 iştirakçısından 14-ü artıq məlum idi. Növbəti mərhələdə futbol aləmi Dünya Kuboku meydanında Rusiya, Uruqvay, Portuqaliya, İspaniya, Fransa, Danimarka, Xorvatiya, Argentina, Braziliya, İsveçrə, İsveç, Meksika, İngiltərə və Belçika komandalarını görəcək. Səkkizdəbir finalın daha iki iştirakçısı isə dünən “H” qrupunda keçirilmiş Yaponiya–Polşa (0:1)və Seneqal–Kolumbiya (0:1) görüşlərində müəyyənləşmişdir. Kolumbiya və Yaponiya da növbəti mərhələyə çıxmışlar.
Dünya çempionatının səkkizdəbir final mərhələsinə sabah Kazanda Fransa–Argentina və Soçidə Uruqvay–Portuqaliya görüşləri ilə start veriləcəkdir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında