UEFA “Milan” klubunu ikiillik avrokuboklardan kənarlaşdırıb

UEFA İtaliyanın “Milan” klubunu maliyyə “fair play” qaydalarını pozduğuna görə, iki il müddətinə avrokuboklardan kənarlaşdırıb. Bu barədə “Sport.es” saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, komanda 2018-2019-cu il mövsümündə Avropa Liqasında iştirak edə bilməyəcək.

Milan təmsilçisinin əvəzinə “Atalanta” turnirdə çıxış edəcək, “Fiorentina” isə təsnifat mərhələsində mübarizə aparacaq.

“Milan” Avropa Liqasından uzaqlaşdırılma cəzasının ləğvi üçün UEFA-ya müraciət etsə də, istəyi baş tutmayacaq. Qitə futbol qurumu əksinə, “rossonyerlər”i böyük məbləğdə cərimələmək qərarına gəlib. Belə ki, maliyyə “fair play” qaydalarını pozduğu üçün “Milan” 30 milyon avro məbləğində cərimələnib. UEFA-nın tezliklə bunu rəsmən açıqlaması gözlənilir. Hətta qərarın kluba bildirildiyi vurğulanıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında