Oyunçular baş məşqçidən imtina edirlər

Argentina yığmasının futbolçuları xahiş ediblər ki, iyunun 26-da Sankt-Peterburqda dünya çempionatının qrup mərhələsinin Nigeriya komandası ilə keçiriləcək üçüncü və sonuncu matçına yeni baş məşqçi təyin edilsin Bu barədə “Toda Posion” nəşri məlumat yayıb.

Oyunçular turnirin qrup mərhələsinin Nigeriya yığması ilə sonuncu matçında komandaya baş məşqçi Xorxe Sampaolinin rəhbərlik etməsini istəmirlər. Onlar istəyirlər ki, növbəti oyunda məşqçi Sampaolinin köməkçisi olsun.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsinin ikinci turunun matçında 0:3 hesabı ilə Xorvatiya komandasına uduzan Argentina yığması cəmi bir xalla öz qrupunda üçüncü yeri tutur.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında