Açılış oyununda böyük hesablı qələbə

Dünən futbol üzrə 21-ci dünya çempionatı start götürüb. “A” qrupunun ilk oyununda ev sahibi Rusiya Səudiyyə Ərəbistanı ilə 25 illik fasilədən sonra qarşılaşıb. Oyun 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçirilib. 
 
Argentinalı referi Nestor Pitananın idarə etdiyi qarşılaşmada Stanislav Çerçesovun yetirmələri DÇ-yə uğurlu başlamağa müvəffəq olublar. Qarşılaşma darmadağınla yekunlaşıb. Şimal qonşumuz  bu oyunda 5 cavabsız qola (Qazinski, 12. Çerışev, 43; 90+1. Dzyuba, 71. Qolovin, 90+4) sevinib. 
Məlumat üçün qeyd edək ki,  “A”  qrupunda yer alan bu komandalar iniyədək yalnız bir dəfə üz-üzə gəlib. 1993-cü ilə təsadüf edən yoldaşlıq oyununda ərəblər 4:2 hesablı qələbə qazanıb.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında