İbrahimoviç favoritlərini açıqlayıb

İsveçin futbol üzrə yığmasının keçmiş hücumçusu Zlatan İbrahimoviç hansı komandaları 2018-ci il Dünya Çempionatının favoritləri hesab etməsi barədə fikirlərini açıqlayıb.

Məşhur futbolçu deyib: “Mənim fikrimcə, qalib gəlmək şansı olan komandalar Braziliya, İspaniya, Almaniya və əlbəttə, İsveç yığmasıdır. Argentina yığmasının üzvləri özlərini favorit hesab etmirlər, lakin birmənalı olaraq deyə bilərəm ki, onlar da favoritlərdir. Təəssüf ki, ABŞ yığması dünya çempionatında iştirak etməyəcək. Amerika indi mənim ölkəmdir, mən orada yaşayıram və ABŞ komandası oynasaydı, hökmən ona azarkeşlik edərdim”.

Xatırladaq ki, DÇ-2018-də İsveç yığması Almaniya, Meksika və Koreya yığmaları ilə bərabər “A” qrupunda çıxış edəcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında