Əgər İspaniya çempion olsa...

RİA “Novosti” İspaniyanın “Marca” nəşrinə istinadla bildirmişdir ki, əgər İspaniya komandası futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olsa, onun hər oyunçusu mükafat olaraq 825 min avro alacaq.
Bu zaman həmçinin xatırladılır ki, ispanlar mundial – 2010-da qələbəyə görə hərəyə 600 min avro almışdılar, 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında isə hər futbolçuya 720 min avro vəd olunmuşdu. Ancaq onda komanda qrup mərhələsini dəf edə bilməmişdi.
İspaniya millisi Rusiyada dünya çempionatının qrup mərhələsinə iyunun 15-də çox prinsipial bir oyun – Portuqaliya komandasına qarşı görüşlə başlayacaq. Oyun Soçidə keçiriləcək. Təsəvvür etmək olar ki, futbol pərəstişkarlarını çox maraqlı və gərgin mübarizə gözləyir.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında