İran, Panama, İspaniya...

Futbol üzrə dünya çempionatında iştirak etmək üçün Rusiyaya gələn komandaların sayı getdikcə artır. Mundialın keçiriləcəyi ölkəyə birinci qədəm qoyan İran millisindən sonra Panama və İspaniya yığmaları da artıq çempionata hazırlığı Rusiya stadionlarında davam etdirirlər. 
İran və İspaniya komandaları dünya çempionatının ilkin mərhələsində eyni qrupda çıxış edəcək və iyunun 20-də Kazanda qarşılaşacaqlar.
Bu arada dünya çempionatının iştirakçıları qarşıdakı çətin sınaqlara hazırlıq proqramı çərçivəsində növbəti yoxlama görüşlərində meydana çıxmışlar. 
İngiltərənin Lids şəhərində İngiltərə – Kosta-Rika matçında ingilislərin xeyrinə 2:0 hesabı qeydə alınmışdır. Lissabonda Portuqaliya – Əlcəzair görüşündə azarkeşlər daha çox qolun şahidi olmuşlar – 3:0. Montevideoda Uruqvay – Özbəkistan qarşılaşmasında da meydan sahibləri qonaqları üç cavabsız qolla məğlubiyyətə uğratmışlar.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında