Canni İnfantino: Rusiya dünya çempionatının keçirilməsinə 100 faiz hazırdır

Beynəlxalq Futbol Federasiyasının prezidenti  Canni İnfantino FİFA-nın mətbuat xidmətinə bildirmişdir ki, futbol üzrə dünya çempionatının startına bir həftə qalmış əminliklə demək olar ki, Rusiya turnirin keçirilməsinə 100 faiz hazırdır:
“Mən bu çempionatı səbirsizliklə gözləyirəm. Tez bir vaxtda topu oyunda görmək, azarkeşlərin emosiyalarını izləmək istəyirəm. Axı bu, Yer üzündə ən yaxşı tamaşadır. Düşünürəm ki, indi, turnirin başlanmasına bir həftə qalmış biz əminliklə deyə bilərik: Rusiya çempionatın keçirilməsinə 100 faiz hazırdır. Bütün dünya görəcək ki, Rusiya necə qonaqpərvər ölkədir, hər şey necə də gözəl təşkil olunub. Bizim hamımızı unudulmaz təəssürat gözləyir”.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında