Respublika şahmat festivalının açılış mərasimi

“Şahmat” fənni tədris olunan ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika şahmat festivalının final mərhələsinə start verilib. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıb.

Açılış mərasimindən sonra yarışlara start verilib. Qeyd edək ki, şəxsi xarakter daşıyan yarış İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Festivalın I mərhələsi “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəbləri arasında keçirilib, rayon (şəhər) üzrə qalib şagirdlər finalda iştirak etmək hüququ qazanıb. Bu mərhələdə respublika üzrə “Şahmat” fənni tədris olunan 500-ə yaxın pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib.

Final yarışlara 400-ə yaxın şagird qatılacaq. 2, 3, və 4-cü siniflər üzrə şəxsi yarışlarda müvafiq yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

 

                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında