“Həqiqətə çevrilmiş arzu”

Dünya çempionatında iştirak etmək üçün Moskvaya gəlmiş ilk komanda, İran millisinin baş məşqçisi, portuqaliyalı mütəxəssis Karluş Keyruşa məxsus bu fikir FİFA-nın mətbuat üçün bülletenində öz əksini tapmışdır.
Məşqçi demişdir: “Rusiyada dünya çempionatında oynamaq İran komandası üçün həqiqətə çevrilmiş arzudur. Bunun üçün illərlə gərgin işləmək və bu zaman qüvvəmizi əsirgəməmək lazım gəlmişdir. Bu isə indi Rusiyada olmağımız üçün sevinc və iftixarımızı gücləndirir. Biz bu nağıldan ayrılmamaq, mümkün qədər onu uzatmaq üçün əlimizdən gələni edəcəyik və bu dünya çempionatının tarixdə ən yaxşı çempionat olmasına öz töhfəmizi vermək istəyirik”.
Dünya çempionatının qrup mərhələsində İran millisi İspaniya, Portuqaliya və Mərakeş komandaları ilə birlikdə “B” qrupunda çıxış edəcək. İran futbolçuları iyunun 15-də Sank-Peterburqda Mərakeş, 20-də Kazanda İspaniya və 25-də Saranskda Portuqaliya komandaları ilə görüşəcəklər.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında