MOİK təmsilçisi dünya çempionu adını qazandı

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatında təmsilçimiz  Ruslan Lunev uğur qazanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun 2 idmançısı – baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər.

Yarışların tapançadan 25 metr məsafədən atış növündə iştirak edən təmsilçimiz Ruslan Lunev Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.

Qeyd edək ki, mayın 30-u başlayan yarış  iyunun 6-dək davam edəcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında