Abbasov finalda güləşəcək

İstanbulda  keçirilən 23  yaşadək gənclər  arasında yunan-Roma güləşi  üzrə Avropa  çempionatının  birinci  günü  yarış  meydanına  dəvət olunan Azərbaycanın iki  idmançısından biri finala  çıxmış və  ən azı  gümüş  medalı özünə  təmin  etmişdir.

İslam Abbasov 87 kq  çəki  dərəcəsində Rusiya, Bolqarıstan və  Macarıstandan olan rəqiblərinə böyük üstünlüklə  qalib  gələrək həlledici görüşdə Avropa çempionu adı uğrunda mübarizə  aparmaq hüququ qazanmışdır. Bu gün keçiriləcək final  görüşündə  güləşçimizin  rəqibi Xorvatiya  idmançısı  olacaq.

Bu gün təmsilçilərimiz daha beş çəki dərəcəsində  mübarizəyə  qoşulacaqlar.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında