Braziliyanın xeyrinə 2:0

Dünya çempionatı – 2018-ə hazırlıq proqramı çərçivəsində İngiltərənin Liverpul şəhərinin “Enfild” stadionunda keçirilmiş Braziliya–Xorvatiya yoldaşlıq görüşündə beşqat dünya çempionlarının xeyrinə 2:0 hesabı qeydə alınmışdır. Qələbə toplarını ikinci hissədə Neymar və Roberto Firmino vurmuşlar.
Braziliyalılar mundial ərəfəsində sonuncu yoldaşlıq görüşündə iyunun 10-da Vyanada Avstriya komandası ilə qarşılaşacaqlar.
Dünya çempionatının ilkin mərhələsində Braziliya komandası (“E” qrupu) oyunları bu ardıcıllıqla keçirəcəkdir: 17 iyun. Rostov. İsveçrə; 22 iyun. Sankt-Peterburq. Kosta-Rika; 27 iyun. Moskva. Serbiya.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında