Finişi gözləyək...

Qadın  voleybol  komandaları arasında Avropa Qızıl Liqa turnirinin qrup  mərhələsi  başa  çatmaq üzrədir. İyunun 6-da  keçiriləcək altıncı  turun  görüşləri  ilə  turnirə yekun  vurulacaq  və  “Dördlər  finalı”nın  bütün  iştirakçıları məlum  olacaq.

“A” qrupunda hərəyə 12  xal  toplayan  Bolqarıstan  və  Azərbaycan  komandaları  liderdirlər. Lakin  hissələrin  fərqinə  görə (bu  göstərici  bolqarlarda 13-5, millimizdə  isə 13-7-dir) Bolqarıstan kollektivi  üstün  vəziyyətdədir.  Hər  iki lider  son  görüşünü  səfərdə  keçirəcək: Azərbaycan  voleybolçuları Ukraynanın,  Bolqarıstan  yığması  isə Portuqaliyanın  qonağı  olacaq.  Qrupdan “Dördlər  finalı”na  kimin  vəsiqə  qazanacağı  da  məhz  bu  oyunlarda  qəti  müəyyənləşəcək.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında