Mundial yolunda

İyunun 14-də Moskvanın “Lujniki” stadionunda Rusiya – Səudiyyə Ərəbistanı görüşü ilə starta çıxacaq futbol üzrə dünya çempionatının iştirakçıları daha bir neçə yoldaşlıq görüşündə hazırlıq səviyyələrini yoxlamışlar.
Mundialda Avstraliya, Peru və Danimarka komandaları ilə bir qrupda çıxış edəcək Fransa millisi Nitsa şəhərində İtaliya yığmasını qəbul etmiş və inamlı qələbə qazanmışdır – 3:1.
İsveçrənin Cenevrə şəhərində keçirilmiş Tunis – Türkiyə matçında da qapılara dörd top vurulmuş, ancaq heç-heçə qeydə alınmışdır – 2:2. Mundialda Tunis futbolçuları növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə İngiltərə, Belçika və Panama komandalarından üstün olmağa çalışacaqlar.
Misir – Kolumbiya görüşündə isə rəqiblərin bütün səylərinə baxmayaraq hesab açılmamışdır – 0:0.
Dünya çempionatında misirlilər Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla eyni qrupda çıxış edəcəklər, Kolumbiya isə Seneqal, Polşa və Yaponiya komandaları ilə sınaqlara hazırlaşır.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında