Lukaşenko Rusiyanı hədələdi

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Moskvanın sərhəddəki ara-sıra yoxlamaları dayanmazsa, onun ölkəsi Rusiya ilə sərhəddə yoxlama-buraxılış sistemini bərpa edə bilər.

Strateq.az xəbər verir ki, iyunun 1-də BelTa dövlət xəbər agentliyi bildirib ki, prezident deyib: “Onlar sərhədi bağlamaq istəyirlərsə, buyursunlar. Əgər onlar sərhədi bağlasalar, biz də sərhəd nəzarətini bərpa edəcəyik”.

Bununla belə, Lukaşenko deyib ki, o son qərar qəbul etməzdən öncə Modkvanın siyasətlərini müşahidə edəcək.

Minsk 2017-ci ilin fevralında Avropa İttifaqı da daxil, 80-dək ölkəyə beş gün müddətinə vizasız gəliş hüququ verdikdən sonra, Moskva Belarusla sərhəddə vaxtaşırı pasport və maşınların yoxlanmasını həyata keçirir.

Belarus Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılması çərçivəsində xarici ölkələrə verdiyi vizasız səfər rejiminin müddətini artıraraq 15 günə çatdırmağı planlaşdırır.

Minsk və Moskva uzun müddətdən bəridir ki, müttəfiqdirlər, lakin aralarındakı münasibətlər son illərdə kifəyət qədər gərginləşib.

Müşahidəçilərin fikrincə, buna səbəb Belarusun Avropa İttifaqı ilə yaxınlaşmağa can atmasıdır. Lukaşenko son vaxtlarda siyasi məhbusları həbsxanadan buraxıb və müxalifət nümayəndələrinin millət vəkili olmasına imkan verib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında