Dünyanın ən yüksək reytinqli 10 qrossmeysteri

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 
2018-ci il iyunun 1-nə olan vəziyyətə görə reytinq cədvəlini dərc etdirmişdir. Siyahıya 2843 əmsalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
Birinci üçlüyə həmçinin qarşıdakı payızda dünya şahmat tacı uğrunda matçda Karlsenin rəqibi olacaq Fabiano Karuana (ABŞ, 2816) və azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2806) daxildirlər.
Dünyanın ən yüksək reytinqli on şahmatçısının siyahısında qalan yerlər bu ardıcıllıqla bölüşdürülür: Din Lijen (Çin, 2798), Vladimir Kramnik (Rusiya, 2792), Maksim Vaşye-Laqrav (Fransa, 2789), Aniş Giri (Hollandiya, 2782), Sergey Karyakin (Rusiya, 2782), Uesli So (ABŞ, 2778), Hikaru Nakamura (ABŞ, 2769).
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında