İspaniyaya, Avropa çempionatına...

Azərbaycan bədii gimnastları sabah İspaniyanın Qvadalaxara şəhərində başlanacaq Avropa  çempionatına  yaxşı əhval-ruhiyyə  ilə yola  düşmüşlər. Bu məsul  yarışda onları təkcə medallar yox,  həm də  gələn il Minskdə  keçiriləcək II Avropa  Oyunlarına lisenziya  uğrunda  kəskin  rəqabət  gözləyir.

Qrup  hərəkətləri  komandalarının  mübarizəsində 1-8-ci  yerlərin  sahibləri,  çoxnövçülükdə isə ən yaxşı 12 gimnast Belarus  Respublikasının paytaxtına səfərə çıxmaq  hüququ  qazanacaq.

Qrup hərəkətləri komandası Avropa  çempionatında Siyana Vasilyeva, Aliyə  Paşayeva, Ayşən Bayramova, Diana Doman və  Zeynəb Hümmətovadan  ibarət  heyətlə  çıxış edəcək.

Komandamız böyüklərin şəxsi  yarışlarında  Zöhrə  Ağamirova  və Veronika Qudis, yeniyetmələrin  turnirində  isə  Arzu  Cəlilova,  Nərminə  Səmədova  və  Yelizaveta Luzan  ilə  təmsil olunacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında