100 illik yubileyə 8 medal!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etdiyimiz günlərdə Budapeştdən şad xəbər aldıq. Ölkəmizin təmsilçiləri Macarıstan paytaxtında keçirilmiş yeniyetmələr arasında idman gimnastikası üzrə beynəlxalq turnirdə ikisi qızıl olmaqla səkkiz medal qazanmışlar və nəhəng Gimnastika Arenasında iki dəfə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Medallardan dördünə Səməd Məmmədli sahib olmuşdur. Gimnastımız dəstəli at üzərində təmrinlərdə qızıl, dayaqlı tullanmada gümüş, paralel qollarda və çoxnövçülükdə bürünc mükafatlar qazanmışdır.

Cavidan Babayev isə halqalarda hərəkətlərin icrasında ən yaxşı nəticə göstərib fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişdir.

Ramin Dəmirov öz yaş qrupunda halqalarda təmrinlərdə gümüş, çoxnövçülükdə bürünc mükafatçı olmuşdur. Ağamurad Qəhrəmanov isə turnikdə çıxışlarını gümüş  medalla başa vurmuşdur.

Gimnastlarımızın uğurları AXC-nin 100 illik yubileyinə layiqli töhfədir!

 

Azərbaycan Kubokundan Avroliqaya

 

Bakının “Keşlə” komandasının Azərbaycan Kuboku turnirinin həlledici final görüşündə Qəbələ şəhər stadionunda eyniadlı yerli klub üzərində qələbəsindən (1:0) sonra 2018/2019-cu illər mövsümündə avrokuboklarda mübarizə aparacaq bütün klublarımız məlum olmuşdur.

Azərbaycan çempionu “Qarabağ” komandası Çempionlar Liqası, ölkə Kubokunun sahibi “Keşlə”, milli çempionatımızın gümüş və bürünc mükafatçıları “Qəbələ” və “Neftçi” Avropa Liqası yarışlarında çıxış edəcəklər.

Avrokubok  turnirlərinin birinci təsnifat mərhələsinin püşkü iyunun 12-də İsveçrənin Nyon şəhərində atılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında