Karlsen, Karuana, Məmmədyarov...

Mayın 28-dən iyunun 30-dək dünya çempionu Maqnus Karlsenin vətənində keçiriləcək Norway Chess superturniri artıq start ərəfəsindədir.

Stavanger şəhərində təşkil olunacaq ənənəvi turnirin on iştirakçısının siyahısına bu gün dünyanın ən yüksək reytinqli qrossmeysterləri Karlsen (2843), Fabiano Karuana (ABŞ, 2818) və həmvətənimiz Şəhriyar Məmmədyarov (2808) başçılıq edirlər.

Superturnirdə bu üçlüyün rəqibləri çinli Din Lijen (2791), fransız Maksim Vaşye-Laqrav (2789), Hikaru Nakamura (ABŞ, 2787), daha bir amerikalı –Uesli So (2786), Sergey Karyakin (Rusiya, 2782), Levon Aronyan (Ermənistan, 2764) və hindistanlı Vişvanatan Anand (2760) olacaq.

Turnirin qalib və mükafatçıları təbrikləri iyunun 4-də qəbul edəcəklər.

 

Qızıl Liqada ikinci qələbəmiz

 

Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası Qızıl Avropa Liqası turnirinin qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanmışdır.

 “A” qrupunda çıxış edən Faiq Qarayevin yetirmələri bu dəfə “Dərnəgül” Voleybol Mərkəzində Portuqaliya komandasını məğlubiyyətə uğratmışlar–3:1.

Görüşün ən məhsuldar oyunçusu Yelizaveta Səmədova olmuşdur. O, komandamıza 20 xal qazandırmışdır.

Bu rəqiblərin çıxış etdikləri ikinci turun digər oyununda Bolqarıstan voleybolçuları Sofiyada Ukrayna millisinə qalib gəlmişlər–3:1.

İki turdan sonra qrupun liderləri hərəyə 6 xal toplamış Bolqarıstan və Azərbaycan komandalarıdır. Mayın 27-də Sofiyada keçiriləcək Bolqarıstan–Azərbaycan görüşünün qalibi birinci dövrəni vahid lider kimi başa vuracaq. Ukrayna və Portuqaliya komandaları hələlik xal qazana bilməmişlər.

İlkin mərhələnin digər iki qrupunda ikinci turun oyunları belə nəticələnmişdir: “B” qrupu. Macarıstan–Xorvatiya–3:1, Finlandiya–Fransa–3:0. “C” qrupu. Çexiya–İspaniya–3:0, Belarus–Slovakiya–3:0.

Bu qruplarda keçirdikləri hər iki oyunda qalib gəlmiş Macarıstan, Çexiya və Belarus komandaları liderdirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında