Dünyanın ən məşhur idmançılarının siyahısına Kriştianu Ronaldu başçılıq edir

Xarici kütləvi informasiya  vasitələrinin yaydığı məlumata əsasən, Portuqaliya futbolçusu Kriştianu Ronaldu Amerikanın ESPN telekanalının versiyasına görə dünyanın ən məşhur  idmançısı  hesab  edilmişdir.

Ronaldu artıq  ardıcıl üç mövsümdür ki, hər il yenilənən reytinq siyahısında liderliyi  özündə saxlayır. Bu dəfə  ikinci  pilləyə “Klivlend”in dünya  şöhrətli basketbolçusu Lebron Ceyms yüksəlib. Üçüncü yeri  İspaniyanın “Barselona” klubunun və  Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi tutur.

Kriştianu Ronaldu futbol  tarixində ən  bahalı  oyunçulardan  biri hesab olunur,  habelə bütün dövrlərin ən  yaxşı futbolçuları sırasına  daxildir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında