Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş estafet yarışları keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin, Xəzər rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə estafet yarışları keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında ətraflı məlumat verilib və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri minnətdarlıq hissi ilə qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi vurğulanıb. Əsas məqsədi Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Xüsusi Məktəbin fəaliyyətə başlamasında, formalaşmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı minnətdarlıqla qeyd olunub.

Rəsmi hissə başa çatdıqdan sonra estafet yarışları keçirilib, milli rəqslər, teatr tamaşalarından səhnəciklər nümayiş etdirilib və vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

Sonda estafet yarışının qalibləri mükafatlandırılıblar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında