Avroliqa Budapeşt yolunda

Qadın voleybol komandaları arasında Avropa Qızıl Liqa turnirinin qrup mərhələsinə Bakıda Ukrayna yığması üzərində qələbə ilə başlayan (3:1) Azərbaycan millisi start turundan sonra “A” qrupunun iki liderindən biridir. Digər lider Bolqarıstan kollektivi ilk oyunda Portuqaliya komandasına qalib gəlmişdir (3:0).

Qrupda ikinci turun görüşləri mayın 23-də keçiriləcəkdir. Həmin gün Azərbaycan voleybolçuları Portuqaliya komandasını qəbul edəcəklər. Faiq Qarayevin yetirmələri turnirin birinci dövrəsini mayın 27-də Sofiyada bolqarıstanlı rəqiblərə qarşı görüşlə başa vuracaqlar.

Avropa Qızıl Liqa turniri hərəsində dörd komanda olmaqla üç qrupda keçirilir. Qrupların qalibləri “Dördlər finalı”nda oynamaq hüququ qazanacaqlar. Bu mərhələdə Macarıstan komandası da yarış sahibi kimi onlara qoşulacaq. “Dördlər finalı” iyunun ikinci yarısında Budapeştdə keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında