Gümüş mükafatçı çempiona qarşı

Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünə  bu  gün “Qəbələ” –  “Qarabağ”  görüşü  ilə  yekun  vurulacaq.

Qəbələ klubu meydana gümüş  mükafatçı, Ağdam komandası  isə  çempion  kimi çıxacaq. Oyun  turnir mövqeyi  baxımından  ciddi  əhəmiyyət  daşımasa da,  tamaşaçılara  əvvəldən  axıradək maraqlı  və  gərgin  mübarizə  vəd  edir. Axı,  vida  görüşündə qələbə  qazanmaq pis olmaz.

Turun ötən  bazar  günü  keçirilmiş  ilk üç oyunundan (“Kəpəz” –  “Neftçi” – 1:2, “Sumqayıt” –  “Zirə” – 1:2, “Səbail” –  “Keşlə” – 0:1) sonra  üçüncü  yerin də sahibi  müəyyənləşmişdir. Bürünc  medallar  finişə 46 xalla  çatan “Neftçi”  futbolçularına  təqdim olunacaq. Dördüncü  yeri  isə 44  xalla “Zirə”  tutmuşdur. Sonrakı yerlər bu ardıcıllıqla bölüşdüsrülmüşdür: “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23), “Kəpəz” (14).

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında