Buenos-Ayresə iki Olimpiada “bileti”

Makedoniyanın paytaxtı Skopye şəhərində yeniyetmə güləşçilərin Buenos-Ayres Olimpiadasına lisenziya xarakterli Avropa çempionatı artıq finişin astanasındadır.

Beş çəki dərəcəsində fərqlənib 1 qızıl, 2 gümüş və 2 bürünc medal, eləcə də oktyabrda Argentina paytaxtında keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb komanda hesabında dördüncü yeri tutan Azərbaycanın sərbəst güləşənlərindən sonra qızların da turnirinə yekun vurulmuşdur.

Bu komandada Şahanə Nəzərova inamlı çıxışı ilə diqqət mərkəzində olmuşdur. Təmsilçimiz 43 kq çəki dərəcəsində yalnız finalda uduzub Avropa çempionatının gümüş mükafatçısı kimi təbrikləri qəbul etmişdir. Başlıcası isə, Şahanə də finalda güləşməklə Buenos-Ayresə səfərə çıxmaq hüququ qazanmışdır.

Gümüş mükafatçımızın komanda yoldaşı Ayşən Yusifova (46 kq) Makedoniyadan bürünc medalla qayıdacaq.

Dünən isə yunan-Roma güləşçiləri Avropa çempionatı medallarının və Olimpiadaya lisenziyaların sahiblərini müəyyənləşdirməyə başlamışlar. Onların turnirinin ən güclüləri bu axşam keçiriləcək final görüşlərindən sonra məlum olacaq.

 

Sent-Luisdə qələbələr seriyası

 

Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq turnirə qələbələr seriyası ilə başlamışdır.

Qrossmeysterimiz 10 rəqibin iştirak etdiyi turnirin ilk dörd turunda almaniyalı Daniel Fridman, Serbiya təmsilçisi Aleksandar İndiç, Ceffri Syun (ABŞ) və Rinat Cumabayevə (Qazaxıstan) qalib gələrək 4 xalla lider mövqeyinə yüksəlmişdir.

Bir dövrədən ibarət turnir iştirakçılarını qarşıda daha beş turun görüşləri gözləyir.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında