Qadın güləşçimiz dünya çempionatının qalibi oldu

Azərbaycan idmançısı Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə qızıl medal qazanıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatda güləşin sərbəst növündə qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb.

Güləşin yunan-Roma növü üzrə yarışlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Murad Məmmədov əvvəlcə macar rəqibi B.Kovaça, sonra isə ermənistanlı güləşçi A.Manuçaryana qalib gələrək finala yüksəlib.

Digər təmsilçimiz 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə Qazaxıstan idmançısı İbrahim Maqomedov və Ermənistan güləşçisi Armen Hakopyana qalib gələrək finala çıxıb. Hər iki güləşçimizin final qarşılaşması mayın 18-də keçirildi.

İ.Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında