Messi: Ən güclü dörd komanda sırasında yer almaq yaxşı olardı

İspaniyanın “Barselona” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi öz komandasının Rusiyada keçiriləcək dünya çempionatında imkanlarını qiymətləndirmişdir.

Bu barədə Argentinanın “Diario Cordoba” nəşrinə istinadla məlumat verən “Sovetski Sport” qəzeti Messinin dediklərini diqqətə çatdırıb: Dünya çempionatında ən güclü dörd komanda sırasında yer almaq yaxşı olardı. Biz dördlüyə daxil ola, lap tarixə də düşə bilərik. Öz oyunum haqqında! Yaxşı olmaq mənim üçün maraqlı deyil. Mən heç kimlə yarışmıram, sadəcə ən yaxşı oyunumu göstərməyə çalışıram.Əlavə edək ki, Argentina millisi mundialın qrup mərhələsində iyunun 16-da İslandiya, 21-də Xorvatiya və 26-da Nigeriya komandaları ilə oynayacaq.

Dünya çempionatı–2018 iyunun 14-də Moskvanın “Lujniki” stadionunda Rusiya–Səudiyyə Ərəbistanı görüşü ilə başlanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında