Buenos-Ayresə vəsiqələr Bakıda oynanılacaq

İyunun 23-də Bakıda Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası turnirinə start veriləcək.

Milli Gimnastika Arenasında qarşıdakı payızda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Olimpiadaya lisenziya uğrunda 34 ölkədən 58 oğlan və 54 gimnast qızın iştirakı gözlənilir. Turnirdə Azərbaycanı Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edəcəklər.

Bu barədə azerisport-un yaydığı xəbərdə, həmçinin bildirilir ki, çoxnövçülüyün yekununda ilk 17 yeri tutan gimnastlar Olimpiya oyunlarına vəsiqə qazanacaqlar. Hər ölkədən yalnız bir nəfərin Buenos-Ayresə “bilet” ala biləcəyi də diqqətə çatdırılır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında