Portimaodan bir dəst medalla

Azərbaycan bədii gimnastlarının qrup hərəkətləri komandası beynəlxalq meydanda qazandığı medalların sayını turnirdən-turnirə artırır. Bakıda, sonra da İspaniyanın Qvadalaxara şəhərində Dünya Kuboku yarışlarında uğurla çıxış etmiş komandamız indi də Portuqaliyada bir dəst medalın sevincini yaşamışdır.

Siyana Vasilyeva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovadan ibarət heyət Portimao şəhərində keçirilmiş Dünya Kuboku turnirində 3 top və 2 iplə təmrinlərin icrasında bütün rəqiblərini geridə qoyub hakimlərdən ən yüksək qiymət almışdır–qızıl medal!

Azərbaycan komandası gümüş və bürünc mükafatlara isə müvafiq surətdə 5 həlqə ilə hərəkətlərdə və çoxnövçülükdə sahib olmuşdur.

Diqqətəlayiq nailiyyətdir!

Avropanın qızıl zirvəsində

 

Azərbaycanın taekvondo ustaları Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında çıxışlarını bir qızıl və iki bürünc medalla başa vurmuşlar.

Rio-de-Janeyro Olimpiadası–2016-nın çempionu Radik İsayev 87 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə, o cümlədən final görüşündə rusiyalı Roman Kuznetsova qalib gələrək ikinci dəfə Avropa çempionatlarında qızıl zirvəni fəth etmişdir. Taekvondoçumuz ilk dəfə Avropa çempionatı adını 2014-cü ildə Bakıda keçirilmiş qitə birinciliyində qazanmışdı.

Çempionun komanda yoldaşları Milad Beiqi Hərçəqani (80 kq) və Patimat Abakarova (49 kq) isə Kazandan Bakıya bürünc medallarla qayıtmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında