Bəs üçüncü kim olacaq?

Topaz Premyer Liqasında sonuncudan əvvəlki, 27-ci tur gümüş mükafat məsələsinə  tam aydınlıq gətirmişdir. İkinci yeri Sumqayıtda  eyniadlı komandaya iki cavabsız qolla qalib gəlib xal ehtiyatını 49-a çatdıran “Qəbələ” özünə təmin  etmişdir.

Üçüncü pilləyə isə “Səbail” üzərində qələbədən (3:1) sonra  “Neftçi” yüksəlmişdir – 43 xal.

Lakin  Tərlan Əhmədovun komandasının yekun cədvəlində bu  yeri özündə saxlaya bilib-bilməyəcəyi yalnız  finişdə məlum olacaq. Ötən şənbə günü “Kəpəz”lə görüşdən 2:1  hesablı  qələbə  ilə ayrılan “Zirə” (41) də bürünc komanda olmaq imkanını itirməyib. Beşinci pillədə irəliləyən “Sumqayıt”ın isə 40  xalı var.

“Keşlə”nin “Qarabağ” ilə oyunda böyük hesabla (3:0) qələbəsi bu  rəqiblərin turnur vəziyyətində heç nəyi  dəyişməyib.

Təqvimdə mayın 20-nə təyin edilmiş sonuncu turda “Qəbələ” – “Qarabağ” və “Səbail” – “Keşlə”  görüşləri turnir mövqeyi baxımından elə bir əhəmiyyət daşımırsa, “Sumqayıt” – “Zirə” və “Kəpəz” – “Neftçi” qarşılaşmaları bürünc medalçının müəyyənləşməsində həlledici rol oynayacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında